Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb

Bu gün Azərbaycanda koronavirusa görə 5 745 test aparılıb

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 14-nə olan statistik göstəriciləri açıqlayıb.

 

AYNA xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 5 745 test edildiyi bildirilib.

 

Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 214 291 test aparılıb.

 

Qeyd edək ki, bu gün Azərbaycanda 121 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb.

 

Bununla da Azərbaycanda indiyədək koronavirusa yoluxanların sayı 2 879 nəfərə, onlardan sağalanların sayı isə 1 833 nəfərə çatıb. Ümumilikdə, 35 nəfər vəfat edib, 1 011 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 

Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 38 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.

Müəllif: Ayna.az      14 May 2020 23:12
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin