Elman Rüstəmov bağlanan banklardan danışdı

Elman Rüstəmov bağlanan banklardan danışdı

“Lisenziyası ləğv edilmiş 4 məlum bankın bazarda qalması üçün 677 milyon manat tələb olunurdu”

 

“Maliyyə sektorunda müsbət meyllər müşahidə olunur. İlk 4 ayda kredit portfeli 1,9 faiz artıb. Bunun da əsas mənbəyi biznes kreditləridir”. AYNA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bugünkü brifinqdə deyib.

 

Onun sözlərinə görə, biznes kreditlərində 4,1 faiz, ipoteka kreditlərində 5,2 faiz artım olub. İstehlak kreditləri isə 4,1 faiz azalıb.

 

“Banklar tərəfindən 4,1 mlrd. manat yeni kreditlər verilib. Bank sektoru real sektorun maliyyələşməsində aktiv iştirak edir. 8 mlrd. manatdan yuxarı likvid vəsait var, bankların öhdəliklərinin icrasında problem müşahidə olunmur. Banklar vaxtında öhdəlikləri yerinə yetirir. Ödəniş sistemi stabildir”, - deyə, E.Rüstəmov bildirib.

 

Bundan başqa, baş bankir lisenziyası ləğv olunmuş banklarla bağlı da danışıb: “Azərbaycanda lisenziyası ləğv edilmiş 4 məlum bankın bazarda qalması üçün 677 milyon manat tələb olunurdu. Onlarla yanvar ayından müzakirələr aparılıb. Ən çox “AGBank”la danışılıb. Halbuki bu bankda da audit yoxlaması kapitalın mənfi olduğunu üzə çıxarmışdı”.

Müəllif: Ayna.az      13 May 2020 14:12
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin