Tramp jurnalistlərlə mübahisə etdi: “Çirkin, yaramaz…” - VİDEO

Tramp jurnalistlərlə mübahisə etdi: “Çirkin, yaramaz…” -         VİDEO

Ağ Ev rəhbəri media nümayəndələrinin suallarına aqressiv cavab verib

 

ABŞ Prezidenti Donald Tramp son brifinqində jurnalistlərdən birinin sualını “yaramaz, çirkin sual” adlandırıb. O, həmçinin başqa bir jurnalistin sual verməsinə də qarşı çıxaraq kobudluq edib.

 

AYNA BBC-yə istinadən xəbər verir ki, Tramp “CBS News”  media qurumunun Asiya-Amerika üzrə jurnalisti Veijia Jianqın “Dünyada test sınağı yarışı gedir, buna baxmayaraq ABŞ-da hələ də ölüm, yoluxma sayı azalmır, buna səbəb nədir” sualına belə cavab verib: “Bütün dünyada ölüm və yoluxma var. Bu sualın cavabını mən yox, Çin verməlidir. Get, Çindən soruş”.

 

Bu kobud cavab qarşılığında jurnalist xanım “Bu cavabı mənə xüsusilə verirsinizmi”, - soruşub. Tramp isə “Xüsusi deyil, çox yaramaz, çirkin sual idi”, - deyə bildirib.

 

Ağ Ev rəhbəri daha sonra başqa bir media nümayəndəsinə sual verməsi üçün izn verib. Amma bu dəfə sual verməyə hazırlaşan jurnalistin sözü ağzında qalıb. Çünki Tramp həmin jurnalistin yox, onun arxasındakının növbəsi olduğu deyib. Jurnalist mübahisəyə başladıqda isə Prezident brifinqi bağlayıb.

Müəllif: Ayna.az      12 May 2020 19:52
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin