Əsas səhifə Haqqımızda Xəbər lenti

Birləşmiş Krallıq Avropada ölüm sayına görə liderdir

Birləşmiş Krallıq Avropada ölüm sayına görə liderdir

Böyük Britaniya pandemiya ilə mübarizədə yeni yollar axtarır

 

Birləşmiş Krallıqda pandemiya böhranı və həyəcanı davam edir. AYNA xəbər verir ki, Karlllığın ayrı-ayrı hissələrində ölüm hallarının artması, hökuməti ciddi narahat etməyə başlayıb. İngiltərə, Şotlandiya, İrlandiyadakı ölüm sayı 40 mini keçməkdədir.

 

Krallıq ölüm sayına görə,  İtaliya və İspaniyanı arxada qoyub. Hazırda qonşuları - İtaliyada 30 min 739 insan, İspaniyada 29 min 744 insan,  Fransada 26 min 604 nəfər, Almaniyada isə 7661 insan COVID-19 səbəbindən həyatını itirib.

 

Böyük Britaniya pandemiya ilə mübarizədə yeni yollar axtarır. May ayının əvvəlində yoluxma və ölüm sayının rekord həddə çatmasına, üstəlik  də ikinci dalğanın erkən başlamasına baxmayaraq, ölkə karantini yumşaltmağa davam edir. 

Müəllif: Ayna.az      12 May 2020 17:20
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin