Əsas səhifə Haqqımızda Xəbər lenti

Polis rəisinin dəfnində partlayış: Ölən 24 nəfər arasında vəzifəli şəxs də var

Polis rəisinin dəfnində partlayış: Ölən 24 nəfər arasında vəzifəli şəxs də var

Partlayış terrorçu-kamikadze tərəfindən törədilib

 

Əfqanıstanın Nanqarhar əyalətinin mahallarından birinin polis rəisinin dəfnində partlayış  baş verib. AYNA xarici mediaya istinadən xəbər verir ki, insident zamanı azı 24 nəfər ölüb, 68 nəfər yaralanıb.

 

Əyalət qubernatoruaşıqlamasında qeyd edib ki, polis rəisi ötən gecə ürək tutmasından vəfat edib. Partlayış dəfndə iştirak edən insanların arasında olan terrorçu-kamikadze tərəfindən törədilib. Qubernatorun ofisindən bildiriblər ki, ölənlər arasında əyalət şurasının üzvü Abdulla Məlikzay da var. Bununla yanaşı, bir nəfər parlament üzvü yaralanıb.

 

Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hücumun məsuliyyətini öz üzərinə götürməyib. “Taliban” hərəkatı partlayışla əlaqəsini inkar edib.

Müəllif: Ayna.az      12 May 2020 15:33
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin