Bağlanan banklarda 686 milyon manat əmanət var

Bağlanan banklarda 686 milyon manat əmanət var

Əmanətlər qorunandır və onlar tam kompensasiya edilir

 

Azərbaycan Mərkəzi Bankının (AMB) lisenziyalarını ləğv etdiyi “AGBank”, “Amrah Bank”, “Atabank” və “NBC Bank” ASC-lərdə əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manat təşkil etməklə, ümumilikdə 215 min əmanətçini əhatə edir. AYNA bildirir ki, bu barədə AMB-nin açıqlamasında məlumat verilib.

 

Məlumatda qeyd olunub ki, bu banklarda ümumi əmanət portfelinin 99 faizdən çoxu qorunan əmanətlərdir və onlar tam kompensasiya edilir.

 

Ləğvedici tərəfindən bankların öhdəliklərinin icrası ilk növbədə əmanətlərin qaytarılmasından başlayacaq. Aktivlərin reallaşdırılmasından və əmlakın satışından daxil olan vəsaitlər sözügedən bankların digər öhdəliklərinin (biznes subyektlərinin, eləcə də əmanətlərin sığortalanması sxemi ilə əhatə edilməmiş fiziki şəxslərin qarşısında olan öhdəliklərinin) qanunvericiliklə müəyyən edilmiş növbəliklə icrasına yönələcək.

Müəllif: Ayna.az      12 May 2020 13:29
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin