Əsas səhifə Haqqımızda Xəbər lenti

Məhkumlardan qəribə addım: Virusa yoluxmaq üçün əllərindən gələni edirlər

Məhkumlardan qəribə addım: Virusa yoluxmaq üçün əllərindən gələni edirlər

Maskalar da daxil olmaqla bir çox əşyadan birlikdə istifadə etməyə başlayıblar

 

Koronavirusun mərkəzinə çevrilən ABŞ-da pandemiyanın tarazlığı ağırlaşmaqda davam edir. AYNA xarici mətbuata istinadən xəbər verir k, Birləşmiş Ştatlarda xəstəliyin yayılmasının qarşısını almaq üçün görülən tədbirlər çərçivəsində, məhkumların cəzaçəkmə müəssisələrindən vaxtından əvvəl sərbəst buraxılması ilə bağlı qərarlar qəbul edilməsi, Los-Ancelesdə ştatında yerləşən bir həbsxanada məhkumlara təkan verib.

 

“Pitches” həbsxansındakı məhkumlar koronavirusa yoluxub daha tez azad olmaq üçün qəribə bir plana əl atıblar. Belə ki, məhkumlar, maskalar da daxil olmaqla bir çox əşyadan birlikdə istifadə etməyə başlayıblar və virusa yoluxmaq üçün əllərindən gələni ediblər.

 

Qeyd edək ki, ABŞ-da bu günə qədər 1 milyondan çox insan COVID-19-a yoluxub. 80 mindən çox adam isə virusdan dünyasını dəyişib.

Müəllif: Ayna.az      12 May 2020 13:16
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin