Əsas səhifə Haqqımızda Xəbər lenti

Pakistan “kilid”i açmağa peşman oldu: Yumşalma yeni dalğanı tezləşdirəcək

Pakistan “kilid”i açmağa peşman oldu: Yumşalma yeni dalğanı tezləşdirəcək

İnsanlar küçələrə axın edib, nəqliyyatda sıxlıq yaranıb

 

Pakistan pandemiya dövründə sərt məhdudiyyətləri ilə seçilən ölkə olub. AYNA xarici mediaya əsasən xəbər verir ki, ölkə karantinin yumşaldılmasına qərar verən kimi, insanlar küçələrə axın edib, nəqliyyatda sıxlıq yaranıb.

 

Hökumət karantini mərhələli şəkildə ləğv etməyi planlasa da, insanların qaydalara məhəl qoymadan sıxlıq yaratması, ölkədə koronavirusun yeni dalğasını tezləşdirəcək.

 

İctimai nəqliyyatın tam fəaliyyətə başlamamasına baxmayaraq, fabrik və zavodlar öz işinə başlayıb. İki aylıq fasilədən sonra bəzi kiçik sahibkarlar müflis olduğunu elan edib. Çünki ölkədə sahibkarlara dövlət dəstəyi verilməyib.

 

Qeyd edək ki, Pakistanda 32 mindən artıq yoluxma, 706 ölüm faktı qeydə alınıb.

Müəllif: Ayna.az      12 May 2020 11:42
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin