Əsas səhifə Haqqımızda Xəbər lenti

ÜST-dən karantin məhdudiyyətlərini yumşaldan ölkələrə xəbərdarlıq

ÜST-dən karantin məhdudiyyətlərini yumşaldan ölkələrə xəbərdarlıq

Tedros Adhanom Qebreyesus karantin rejimi ilə bağlı çıxış edib 

 

Dünyada COVID-19-a yoluxanların sayı 4 milyon nəfəri ötüb.

 

AYNA RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi brifinqdə bildirib.

 

"Bu gün dünyada COVID-19-a 4 milyondan çox yoluxma qeydə alınıb", - o deyib.

 

ÜST rəhbəri xatırladıb ki, bir çox ölkələr artıq COVID-19-la mübarizə üçün tətbiq edilmiş məhdudiyyətləri tədricən aradan qaldırmağa başlayıb. Onun fikrincə, belə hərəkətlər hər ayrı ölkədə pandemiya ilə bağlı vəziyyətin inkişafı nəzərə alınaraq tədricən olmalıdır.

Müəllif: Ayna.az      11 May 2020 22:58
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin