Əsas səhifə Haqqımızda Xəbər lenti

Türkiyədə 4 günlük komendant saatı tətbiq edilib

Türkiyədə 4 günlük komendant saatı tətbiq edilib

Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir

 

Türkiyənin 31 əyalətində koronavirus pandemiyası ilə əlaqədar komendant saatı tətbiq olunub.

 

AYNA xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. 

 

O, qeyd edib ki, komendant saatı mayın 16-dan 19-dək davam edəcək. 

 

"16, 17, 18 və 19 mayda evdən küçəyə çıxmaq yenidən qadağan olunacaq” - Türkiyə lideri vurğulayıb.

 

“Bundan başqa, doqquz əyalətə - Adana, Denizli, Diyarbəkir, Qəhrəmanmaraş, Mardin, Ordu, Tekirdağ, Trabzon və Şanlıurfaya giriş və çıxış qadağası götürülür", - Ərdoğan deyib.

 

Son məlumatlara görə, Türkiyədə koronavirusdan ölənlərin sayı 3 786 nəfərə çatıb. Pandemiya ərzində qonşu ölkədə COVID-19-a ümumilikdə 138 657 nəfər yoluxub.

Müəllif: Ayna.az      11 May 2020 22:20
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin