Əsas səhifə Haqqımızda Xəbər lenti

Avropa İttifaqından koronavirusun “ikinci dalğa”sı ilə bağlı xəbərdarlıq

Avropa İttifaqından koronavirusun “ikinci dalğa”sı ilə bağlı xəbərdarlıq

"Koronavirusun ikinci dalğası qaçınılmazdır"

 

Avropa İttifaqının sözçüsü Stefan de Kersmaker ittifaqa üzv olan ölkələr arasında koronavirusun yayılması ilə mübarizə kontekstində koordinasiya səylərinin davam etdiyini vurğulayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, hazırlıq tədbirlərinin daim nəzərdən keçirildiyini bildirən Kersmaker virusun mümkün ikinci dalğası barədə vətəndaşlara məlumat verilməsinin vacibliyini bildirib:

 

“Avropa Xəstəliklərin Qarşısının Alınması və İdarəetmə Mərkəzi (ECDC) ittifaqa üzv olan ölkələri son risk analizində nəzarət sistemlərini hərtərəfli inkişaf etdirərək ikinci virus dalğasına hazır olmağa çağırıb. İlk koronavirus dalğasında mübarizə yaxşı aparılsa da, ikinci dalğanın baş verə biləcəyi qaçılmazdır”.

 

Aİ nümayəndəsi Erik Mamer isə hazırda səhiyyə sahəsinin daha çox gündəmdə olduğunu, lakin ilk növbədə “böhranı idarəetmə” mövzusunu müzakirə edəcəklərini bildirib.

Müəllif: Mərahim Nəsib      11 May 2020 19:24
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin