Rus ordusu şou göstərdi – VİDEO

Rus ordusu şou göstərdi –     VİDEO

Bununla bağlı Rusiya Müdafiə Nazirliyi görüntü paylaşıb

 

Rusiya ilk dəfə “Tor-M2DT” raketlərini sınaqdan keçirib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi görüntü paylaşıb.

 

Sınaq Antarktidada həyata keçirilib. Novaya Zemlya bölgəsində baş tutan proses Avropa mətbuatında geniş müzakirələrə səbəb olub. Qeyd olunub ki, Rusiya Antarktidada güc sahibi olduğunu nümayiş etdirmək məqsədilə bu hərbi şounu təşkil edib.

 

Qeyd edək ki, Rusiyanın keçən ilin may ayında təqdimatını keçirdiyi “Tor-M2DT” raketləri hərbi təyyarə, dron və müxtəlif növ hücum raketlərindən müdafiə məqsədi daşıyır.

 

Müəllif: Ayna.az      19 İyul 2019 14:00
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin