Paytaxtda iki yanğın hadisəsi baş verib

Paytaxtda iki yanğın hadisəsi baş verib

Hadisə yerlərinə FHN-in yanğınsöndürmə briqadaları cəlb olunub

 

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 300 m² olan tikilinin (taxta sexi kimi fəaliyyət göstərir) içərisində 10 m² sahədə taxta məmulatı, 5 m² sahədə taxta yonqarı və tullantıları yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Bakı şəhərinin Nərimanov rayonunda da yanğın olub. Ümumi sahəsi 80 m² olan tikilinin (mebel sexi kimi fəaliyyət göstərir) içərisində 10 m² sahədə taxta materialları, tullantıları və yaxınlıqda dayanan “Ford” markalı yük avtomobilinin arxa təkərləri yanıb. Tikilinin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az      19 İyul 2019 11:03
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin