Əsas səhifə Haqqımızda Xəbər lenti

Bəşəriyyətə yol açmış otuz kitab - altıncı kitab

Bəşəriyyətə yol açmış otuz kitab -     altıncı kitab

"L'ETRE ET LE NÉANT"

 

Görkəmli fransız filosofu və yazarı Jan Pol Sartrın (fr. Jean Paul Sartre, 1905-1980) 1943-cü ildə yazdığı "Varlıq və heçlik: Fenomenoloji ontologiya təcrübəsi" adlı əsəri 20-ci əsr filosof və aydınlarının başucu kitabı idi. AYNA xəbər verir ki, bu barədə Türkiyədə yaşayan, tanınmış azərbaycanlı jurnalist İbrahim Nəbioğlu öz "Facebook" hesabında paylaşım edib.

 

"Xüsusilə 1960-70-ci illərdə Avropa sol hərəkatı zamanı satış rekordları qıran bu kitabla Qərb düşüncəsindəki fərd idealının təməlini qoymuşdur. Bu da indiki Avropa demokratik normlarının əsasını təşkil edir. Elə buna görə də Sartrın modern Qərb mədəniyyəti, fəlsəfə və ədəbiyyatına təsirini heç nə ilə müqayisə etmək mümkün deyil. O, sadəcə fransız aydınlarının görkəmli təmsilçisi deyil, həm də dünyanın ən nəhəng intellektualı sayılırdı. Bəzi müasirləri ona "yalançı peyğəmbər" deyir, ekzistensial fəlsəfəsini "ruhun xəstəliyi" adlandırırdılar. Bütün ittiham və təzyiqlərə baxmayaraq böyük filosof "Varlıq və heçlik" əsəri ilə ötən əsrin 2-ci yarısına damğasını vuraraq ekzistensializmin əsas sənədini yaratmağa nail oldu.

 

800 səhifəlik bu dev əsəri oxuyub, bitirmək igidlik istəyir - yeni terminlərin çoxluğu, Sartrın fərqli yazı üslubu oxucu üçün işkəncədir. Amma nə olsun, kitab bir vaxtlar dünyada satış rekordları qırır, bu gün də diqqət mərkəzində olan intellektual bir əsərdir. "Varlıq və heçlik" türk dilinə çox gec - 2009-cu ildə tərcümə edilib. Buna səbəb Sartrın icad edib, fransız dilinə gətirdiyi yeni söz və fəlsəfi terminlərin qarşılığının çətinliklə tapılmasıdır. Tərcümənin keyfiyyəti haqda fikir yürütmək istəməzdim. Eyni şeyi Azərbaycan türkcəsinə çevrilmiş kitab haqda da söyləmək istəyirəm".

Müəllif: Ayna.az      19 İyul 2019 04:03
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin