Əsas səhifə Haqqımızda Xəbər lenti

Trampdan gözlənilməz addım: Koronavirusla mübraizə komandasını dağıtdı

Trampdan gözlənilməz addım: Koronavirusla mübraizə komandasını dağıtdı

ABŞ lideri yeni kiçik komanda ilə işləməyi qərara alıb

 

ABŞ prezidenti Donald Tramp koronavirusla mübarizə məqsədiylə  yaratdığı qurumu ləğv edib. AYNA xarici mediaya əsasən xəbər verir, bu barədə Ağ Ev rəsmisi bəyənatla çıxış edib.

 

Məlumata görə, koronavirusun yoluxma arealına görə dünyada mərkəzə çevrilən ABŞ-da yaradılmış qurum əsasən nüfuzlu elm adamlarından ibarət idi. Amma ölkə rəhbəri qurumu ləğv edib, yeni kiçik komanda ilə işləməyi qərara alıb. Həmin şəxslər də hər gün, gündəlik məlumatları Trampla birgə ictimaiyyətə çatdıracaqlar.

 

Məlumatı təsdiqləyən ABŞ-da nazir müavini Mayk Prays da bildirib ki, mayın 25-dən sentyabra qədər Federal Xidmət və yeni qurumla fəaliyyət göstərəcəklər.

 

Qeyd edək ki, ABŞ-da yoluxma sayı 1,2 milyonu insanı aşıb, ölüm faktı isə 72 mindən çoxdur.

Müəllif: Ayna.az      6 May 2020 11:36
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin