Əsas səhifə Haqqımızda Xəbər lenti

Çində koronavirusla bağlı son vəziyyət açıqlanıb

Çində koronavirusla bağlı son vəziyyət açıqlanıb

Ölkədə COVID-19-a cəmi 2 yoluxma aşkarlanıb, 58 nəfər sağalıb

 

Ötən gün Çində koronavirusdan ölüm qeydə alınmayıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

 

Qeyd edilir ki, ölkədə COVID-19 cəmi 2 yoluxma aşkarlanıb, 58 nəfər sağalıb.

 

Son gündə Çinin materik hissəsində yerləşən tibb müəssisələrində koronavirusa yoluxan xəstələrin sayı təxminən 14 faiz azalaraq 339 nəfərə çatıb. Statistikaya görə, Çində yoluxanların 94 faizi müalicə edilib.

 

Yeni yoluxanların ikisi də xaricdən gəlmiş ölkə vətəndaşıdır.

 

Komitənin bəyanatında qeyd edilir ki, Çində koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların ümumi sayı 82 881-dir, COVID-19-a yoluxmuş 77 853 insan sağalıb, 4 633 nəfər ölüb.

Müəllif: Ayna.az      6 May 2020 09:06
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin