Əsas səhifə Haqqımızda Xəbər lenti

Villian "Tottenhem"lə ilkin razılığa gəlib

Villian "Tottenhem"lə ilkin razılığa gəlib

Onun bu keçidində ən böyük rolu Joze Mourinyo oynayıb

 

"Çelsi"nin yarımmüdafiəçisi Villian yeni komandasının adını müəyyənləşdirib.

 

AYNA-nın APA-ya istinadən məlumatına görə, Braziliya millisinin üzvü Londonda qalmaq qərarına gəlsə də, iş yerini dəyişəcək.

 

31 yaşlı hücumameyilli oyunçu "Tottenhem"lə ilkin razılığa gəlib. Onun bu keçidində ən böyük rolu "Tottenhem"in baş məşqçisi Joze Mourinyo oynayıb. Portuqaliyalı mütəxəssislə söhbətdən sonra Villian keçidə razı olub.

 

Qeyd edək ki, ulduz futbolçunun "Çelsi" ilə müqavilə müddəti mövsümün sonuna qədər olduğundan, onun keçidi havayı başa gələcək.

Müəllif: Ayna.az      6 May 2020 06:46
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin