Əsas səhifə Haqqımızda Xəbər lenti

“Virus bizə Çindən yox, İtaliyadan gəlib”

“Virus bizə Çindən yox, İtaliyadan gəlib”

Britaniya hökuməti koronavirusla bağlı araşdırmanın nəticələrini açıqlayıb

 

Böyük Britaniya hökumətinin elm müşaviri Patrik Vallanse koronavirusla bağlı açıqlama verib. AYNA xəbər verir ki, müşavir koronavirusun Çindən daha çox Avropada yayıldığını bildirib.

 

Vallanse Britaniyada virusun genlərini araşdırarkən, pandemiyanın ölkəyə İtaliya və İspaniyadan gəldiyinə əmin olduqlarını vurğulayıb: “Virusa yoluxanların əksəriyyətinin ölkəyə tətil, yaxud iş üçün gəldiklərini bilmirik. Amma Britaniyada yoluxanların böyük əksəriyyətinin Çindən gəlmədiyi məlumdur”.

Müəllif: Ayna.az      5 May 2020 19:21
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin