Bakıda avtomobil qəzası - ölü və yaralı var

Bakıda avtomobil qəzası -    ölü və yaralı var

Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. AYNA xəbər verir ki, "Report"un məlumatına görə, qəza zamanı hazırda şəxsiyyəti məlum olmayan şəxs ölüb.

 

Eyni zamanda Kürdəmir rayonu Sığırlı kənd sakini, 1988-ci il təvəllüdlü Ağamalıyev Qürbət Novruz oğlu ağır xəsarət alıb. Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.

Müəllif: Ayna.az      19 İyul 2019 00:38
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin