Əsas səhifə Haqqımızda Xəbər lenti

Şəkər xəstəliyinin müalicəsi ilə bağlı maraqlı faktlar

Şəkər xəstəliyinin müalicəsi ilə bağlı maraqlı faktlar

14 yaşlı Kanadalı Leonard Thompson diabet müalicəsi üçün insulin inyeksiya olunan ilk şəxs olmuşdur. AYNA xəbər verir ki, bu barədə maraqlı tarixi həqiqətləri "Facebook"-da "Rezonans" səhifəsi paylaşıb. 

 

"Diabet 3000 ildən artıq fərqli tibbi vəziyyət kimi görünsə də, səbəbi 20-ci əsrə qədər sirr olaraq qalmışdır. 1920-ci illərin əvvəllərində bir neçə tədqiqatçı diabetə həzm sistemində qaraciyərin üstündə oturan kiçik bir orqanın, pankreasla bağlı bir problemin səbəb olduğunu irəli sürür. Bu zaman bu ölümcül xəstəliyi müalicə etmək üçün tək yol pəhriz vasitəsilə karbohidrat və şəkər , yağ və zülal miqdarını aşağı salmaq idi. Bu pəhriz diaqnozdan qısa müddət sonra ölmək yerinə xəstələrə təxminən 1 il daha yaşamaq şansını qazandırır.

 

1921-ci ilin yayında Toronto Universitetindən Kanadalı Frederick Banting və Charles Best itlər üzərində uğurlu şəkildə insulin testi keçirərək heyvanlarda diabet simptomlarını əldə edirlər və sonra inyeksiya vasitəsilə itləri əvvəlki vəziyyətə qaytarırlar. 14 noyabr kəşf dünyaya açıqlanır. 1923-cü ildə insulin dünyaya geniş yayılır və sayısız həyat xilas edir. Həmçinin Banting və Macleod tibbdə Nobel mükafatına layiq görülürlər".

Müəllif: Ayna.az      19 İyul 2019 02:27
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin