Əsas səhifə Haqqımızda Xəbər lenti

Misirdə son sutkada koronavirus rekordu qeydə alındı

Misirdə son sutkada koronavirus rekordu qeydə alındı

COVİD-19-a yoluxanların ümumi sayı 6 min 813 nəfərə çatıb

 

Misirdə son sutkada koronavirusa rekord sayda - 378 yoluxma halı qeydə alınıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, Misirin Səhiyyə Nazirliyi ölkədə COVİD-19-a yoluxanların ümumi sayının 6 min 813 nəfərə çatdığı açıqlayıb.

 

Məlumatda qeyd olunub ki, mayın 4-də ölkədə koronavirusdan 7 nəfər ölüb. Bununla da, vəfat edənlərin ümumi sayı 436 nəfərə çatıb. Vəfat edənlərdən biri karantin xəstəxanasının həkimidir. Əlavə edilib ki, son sutka ərzində xəstəlikdən 70 nəfər sağalıb, ümumilikdə 1632 pasiyent tam müalicə olunub.

 

Qeyd edək ki, Misirin Baş naziri Mustafa Mədbuli bəyan edib ki, ölkədə karantin rejimi daha 15 gün müddətinə uzadılır.

Müəllif: Ayna.az      5 May 2020 10:46
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin