Əsas səhifə Haqqımızda Xəbər lenti

Türkiyədə koronavirusa yoluxanların sayı artıb

Türkiyədə koronavirusa yoluxanların sayı artıb

Türkiyədə koronavirusa daha 1 614 yoluxma qeydə alınıb

 

Türkiyədə son bir gündə 64 nəfər koronavirusun qurbanı olub. Bununla da ümumilikdə 3 461 nəfər pandemiyanın qurbanı olub. 

 

AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

 

O, qeyd edib ki, ölkədə virusa daha 1 614 yoluxma qeydə alınıb. Bununla da pandemiya ərzində koronavirusa yoluxanların ümumi sayı 127 659 nəfərə çatıb. 

 

Koronavirusa yoluxmuş 5 015 nəfər sağalaraq evə buraxılıb. COVID-19-la bağlı 35 771 test aparılıb.

Müəllif: Ayna.az      4 May 2020 22:58
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin