Əsas səhifə Haqqımızda Xəbər lenti

Yaponiya fövqəladə vəziyyətin vaxtını uzatdı

Yaponiya fövqəladə vəziyyətin vaxtını uzatdı

Baş nazir Şinzo Abe bu barədə qərarı açıqlayıb

 

Yaponiya koronavirusla bağlı ölkədə elan olunmuş fövqəladə vəziyyətin müddətini mayın sonuna qədər uzadıb. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya höküməti pandemiyanın zərərlərini azaltmaq üçün yoluxmanın çox olduğu ərzilərdə sərt məhdudiyyətləri ləğv etməyib.

 

Məlumata görə, çıxış edən Yaponiya Baş naziri Şinzo Abe bu barədə qərarı açıqlayıb.

 

Qeyd edək ki, aprelin 7-dən Yaponiyanın Tokyo, Çiba, Kanaqava, Osaka, Fukuoka kimi iri şəhərlərindəki gərgin vəziyyət fövqəladə hala əsas yaratmışdı.

Yaponiyada koronavirusa yoluxanların sayı 13877 nəfər, ölüm faktı isə 500 nəfərə çatıb.

Müəllif: Ayna.az      4 May 2020 16:39
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin