Əsas səhifə Haqqımızda Xəbər lenti

İspaniya hökuməti COVİD-19-la bağlı son rəqəmləri paylaşıb

İspaniya hökuməti COVİD-19-la bağlı son rəqəmləri paylaşıb

Ölkədə koronavirusdan ölənlərin sayı 25 min 428 nəfərə yüksəlib

 

İspaniya Səhiyyə Nazirliyi koronavirusla bağlı mövcud məlumatları ictimaiyyətin diqqətinə çatdırıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, nazirlik ölkədə koronavirusa yoluxanların sayının 217 min 466 nəfərdən 218 min 11 nəfərə yüksəldiyini açıqlayıb.

 

Açıqlamada, ölənlərin sayının əvvəlki günlər müqayisədə eyni olduğu bildirilib. Belə ki, son 7 həftə ərzində ən az gündəlik ölüm sayının dünən (164 nəfər) olduğunu elan edən İspaniya hökuməti bu gün də 164 insanın həyatını itirdiyini açıqlayıb.

 

Bununla da İspaniyada koronavirusdan ölənlərin sayı 25 min 264 nəfərdən 25 min 428 nəfərə yüksəlib.

Müəllif: Ayna.az      4 May 2020 13:58
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin