Əsas səhifə Haqqımızda Xəbər lenti

Ailələrin dağılmasının 1001 səbəbi meydana çıxıb - CAMAAT QƏZƏBLİDİR

Ailələrin dağılmasının 1001 səbəbi meydana çıxıb -   CAMAAT QƏZƏBLİDİR

"Efirdə əxlaqsız qadın əxlaqdan, üzdəniraq kişi qeyrətdən danışırsa, ailə institutumuz dağılmalıdır"

 

Xəbər verdiyimiz kimi, bu ilin 5 ayı ərzində Azərbaycanda boşanma hallarının sayı artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu müddət ərzində 7082 boşanma halı qeydə alınıb. Bu da onu göstərir ki, boşanmaların sayı 1,5-dən 1,7 faizə qədər artıb.

 

Maraqlıdır ki, cəmiyyətin əksər hissəsi boşanma hallarının artmasından şikayətlənir, ancaq bunun konkret səbəblərini izah edən yoxdur. Boşanmaların pik həddə çatmasının əsas səbəbi kimi tək maddi problemləri də göstərə bilmərik. Çünki məmurların, həmçinin kifayət qədər maddi imkanı yaxşı olan ailələrin də boşanan övladları var. Bəs səbəb və ya səbəblər nədən ibarətdir, cəmiyyət bu barədə nə düşünür?

 

AYNA bununla bağlı cəmiyyətin, daha dəqiq desək, sosial şəbəkə istifadəçilərinin fikirlərini toplayıb.

 

İlqar Atabəyli: “Boşanmaların tək səbəbi sosial vəziyyət deyil. Çünki müharibə vaxtı və ondan sonra vəziyyət bundan pis olub. İnsanlar yarıac olublar, amma boşanmayıblar. Düzdür, sovet ideologiyası boşanmanı təqdir etmirdi. İndi isə heç bir ideologiya yoxdur, ailə institutu dağılıb. Əvvəl kişi qızını ərə verəndə deyirdi ki, "getdiyin evdən meyitin çıxsın". Yəni, "boşanma!". İndi isə deyir ki, “bir şey olsa, arxanda atan var”. Millət dəyişib. 15-20 il qabaq düşünə bilməzdik ki, kimsə verilişə çıxıb ailə problemindən, gəlinindən, qızından, arvadından danışacaq. İndi bu adiləşib. Səbəblərdən biri də texnoliogiya - telefon, internet, həmçinin narkomaniya, alkoqolizmdir: “Məsləhətsiz evləndiyi şəxsin, yerini, yurdunu bilmədən evlənmələr də səbəbdir. Məsələn, tovuzlu ilə masallıdan olan birinin evliliyi nadir halda uğurlu alınar. Çünki biri dindar və qapalıdır, o biri isə yeyib-içən. Ailələr də uyğun gəlməlidir. Kənd yerində boşanan, nisbətən azdır. Çünki hamı bir-birini tanıyır, söz-söhbətdən ar edir. Bakıda isə it yiyəsini tanımır. O cümlədən ailə saxlamağa hazır olmayan gənc oğlanlar var ki, məsuliyyəti dərk etmirlər, uzağı 6 aya bezib ayrılırlar”.

 

Həsən Fətəliyev: "Boşanmaq mədəniyyətdir. Əsrlər boyu kişilər qadını kölə kimi saxlayıb. İndi dövr dəyişməlidir. Başa düşməlidirlər ki, bütün dünya bunların cinsi orqanına xidmət eləmir. Boşanmaların əvvəllər sayının az olmasına səbəb qadının adının pis çıxması idi. Buna görə dözürdülər. İndi o tabu məhv edilir. Azərbaycanlılar, ümumiyyətlə müsəlmanlar seksi adiləşdirməlidir ki, normal adam kimi yaşaya bilsinlər. Bu, Sovet vaxtı niyə problem olmurdu? Çünki seksdən daha yüksək dəyərlər var idi. Pis ya yaxşı Sovet bir kult formalaşdırmışdı. İnsanlar üçün seks faciəvi olmurdu. İndi bütün millət başını itirib. Əsas səbəbi də iqtisadi problemlərdir. Pul qazanmağa çalışmaqdan mədəni inkişafa vaxtımız olmur. Xəyanət üstündə baş kəsmələr, barbarlıq hamısı buna görədir”, – deyə H.Fətəliyev vurğulayıb.

Müəllif:      20 İyul 2019 10:27
Cəmiyyət bölməsinə aid digər xəbərlər
15 İyun
22:57
Fəxri xiyabanlar haqda maraqlı faktlar: Çoxu düşünür ki, Bakıda iki belə məkan var...
15 İyun
21:30
İlham Əliyev: "Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik"
15 İyun
19:45
Kremlin qonşulara qarşı fərqli işğal metodları – Birbaşa və dolayı yolla
15 İyun
18:50
Ərdoğan: "Verdiyimiz sözü yerinə yetirdik"
15 İyun
18:18
"Şuşa bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrini ən yüksək zirvəyə qaldırır"
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin