Əsas səhifə Haqqımızda Xəbər lenti

Cənubi Koreyada karantin rejimi yumşaldılır

Cənubi Koreyada karantin rejimi yumşaldılır

Mayın 6-dan kütləvi tədbirlərin təşkilinə icazə veriləcək

 

Cənubi Koreyada gələn həftədən etibarən xüsusi karantin rejimini yumşaldılacaq. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Baş naziri Çunq Sye-Kyun hökumətin koronavirusla mübarizəsinə həsr edilən toplantısında bildirib.

 

O, mayın 6-dan etibarən kütləvi tədbirlərin təşkilinə sanitar-gigiyena qaydalarına əməl olunmaq şərti ilə icazə veriləcəyini bildirib. Hökumətin karantin rejiminin yumşaldılması qərarı ilə məktəblərdə dərslərin bərpasına da başlanılacaq. Dərslərin başlanması ilə bağlı qaydalar sabah açıqlanacaq.

 

Xatırladaq ki, Cənubi Koreya hökuməti bir müddət öncə açıqlama yayaraq, ölkədə gündəlik virusa yoluxma hallarının 50-dən aşağı düşəcəyi təqdirdə karantin rejiminin yumşaldılacağını bildirmişdi. Son 25 gündür ki, Cənubi Koreyada yoluxma hallarının sayı 50-dən aşağı olub. Ötən sutkada isə bu rəqəm 13 olub.

Müəllif: Ayna.az      3 May 2020 19:22
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin