Əsas səhifə Haqqımızda Xəbər lenti

Türkiyə hərbçiləri PKK-nın 12 terrorçusunu məhv edib

Türkiyə hərbçiləri PKK-nın 12 terrorçusunu məhv edib

Türkiyə bölgədə kəşfiyyat, nəzarət və humanitar dəstək fəaliyyətini davam etdirəcək

 

Türkiyə hərbçiləri PKK terror təşkilatının 12 yaraqlısını məhv edib. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi açıqlama yayıb.

 

Nazirliyin açıqlamasında bildirilib ki, bu gün gecə Türkiyə Silahlı Qüvvələrinin “Barış bulağı” ərazisindəki Tel-Abyad məntəqəsinə 15-ə yaxın PKK  terrorçuları hücum edib. Bölgədə təhlükəsizliyi pozmağa cəhd edən terrorçulardan 12-si məhv edilib.

 

Nazirliyin açıqlamasında qeyd edilib ki, Türkiyə Silahlı Qüvvələri bölgədə sabitliyin, təhlükəsizliyin və sülhün qorunması üçün, kəşfiyyat, nəzarət və humanitar dəstək fəaliyyətini davam etdirəcək.

Müəllif: Ayna.az      3 May 2020 15:19
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin