Koronavirusa yoluxan Madonna necə sağalıb – CAVABSIZ SUALLAR

Koronavirusa yoluxan Madonna necə sağalıb –         CAVABSIZ SUALLAR

Məşhur müğənni şübhələri yenidən üzərinə çəkib: “Covid-19 havası alacağam”

 

Dünya şöhrətli müğənni Madonna sosial şəbəkə hesabında hər kəsi təəccübləndirən paylaşım edib. O, koronavirusa bağlı anticisim testindən keçdiyini və nəticənin pozitiv çıxdığını bildirib. Madonnanın nəticələrinə görə, o, artıq koronavirusa yoluxub və sağalıb. Həkimlər bildirib ki, onun qanında koronavirusa qarşı anticisimlər mövcuddur.

 

AYNA xəbər verir ki, amerikalı müğənni özünün “Instagram” hesabında “Karantin Gündəliyi №14” adını verdiyi videosunu paylaşıb. Madonna bu videoda “Keçən gün testdən keçdim və anticisimlərə sahib olduğumu öyrəndim. Bu səbəblə öz maşınımla uzun bir yola çıxacağam. Pəncərəni açacağam və Covid-19 havası alacağam. Ümid edirəm ki, günəş hələ də parlayır”, - deyə qeyd edib.

 

61 yaşlı müğənninin virusa nə vaxt yoluxması və necə sağalması məlum deyil. Həkimlər hesab edirlər ki, bəzi orqanizmlər bu virusdan heç bir əlamət olmadan, öz-özünə sağala bilir. Madonnanın da bu şəkildə sağaldığı güman edilir. Həkimlərin sözlərinə görə, virusdan sağalan şəxslərin qanlarında anticisimlər olsa da, yenidən yoluxma ehtimalı var. Bununla bağlı az da olsa, faktların mövcudluğu gözardı edilməməlidir.

 

Adı daha öncə də koronavirusla yanaşı çəkilən müğənni, anticisim testindən keçməsi və nəticənin pozitiv çıxması ilə şübhələri yenidən öz üzərinə çəkib. “Eurovision-2019” mahnı müsabiqəsində sərgilədiyi kompozisiya ilə pandemiyanı əvvəlcədən bildiyi və performansında koronavirusla bağlı mesajlar ötürdüyü deyilən müğənninin anticisim testinin pozitiv çıxması və virusdan əziyyətsiz, öz-özünə sağalması mübahisələrə səbəb olub. Dünyanın müxtəlif yerlərində yaşayan bir sıra insanların fikirlərinə görə, Madonna virusun var olacağını əvvəlcədən bildiyinə görə özünü təhlükədən sığortalayıb.

 

“Covid-19 havası alacağam” ifadəsinə görə tənqid edilən tanınmış müğənniyə yeni tip anticisim testindən hansı səbəblə keçdiyi, heç bir əlamət hiss etmədən niyə testə ehtiyac duyduğu və hansı təsadüflə virusa qarşı anticisimə sahib olduğu barədə suallara tuş gəlib. Madonna bu sualların heç birini cavablandırmayıb.

 

Qeyd edək ki, Madonna bir müddət əvvəl Bill və Melinda Qeyts Fonduna koronavirusla mübarizə ilə əlaqədar 1 milyon dollar bağışlamışdı.

Müəllif: Bünyamin      3 May 2020 21:10
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin