Əsas səhifə Haqqımızda Xəbər lenti

Türkiyə tibbi avadanlıqların ixracına qadağanı ləğv edib

Türkiyə tibbi avadanlıqların ixracına qadağanı ləğv edib

Maskaların ixracındakı qadağa isə hələ də qüvvədədir

 

Türkiyədə koronavirusla bağlı bir çox ixracat sahələri fəaliyyətini dayandırmışdı. AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, artıq bu ölkədə səhiyyə və tibbi avadanlıqların da istehsalı və ixracına qadağa ləğv edilib.

 

Ölkəndən ixraca izn verilən mallar arasında süni tənəffüs aparatı, ventilyator, anesteziya avadanlığı, reanimasiya monitorları kimi  məhsullar yer alır. Tibbi məhsullar arasında maskaların ixracındakı qadağa isə hələ də qüvvədədir.

 

Qeyd edək ki, Türkiyə 26 martdan etibarən ölkədə koronavirus bəlası başlayandan bəri xaricə tibbi məhsulların ixracına qadağa və sərt məhdudiyyətlər qoymuşdu.

Müəllif: Ayna.az      2 May 2020 13:12
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin