Əsas səhifə Haqqımızda Xəbər lenti

Bill Qeyts koronavirus barədə: “Milyardlarla dollar xərcləmək lazımdır”

Bill Qeyts koronavirus barədə: “Milyardlarla dollar xərcləmək lazımdır”

“Az sayda itki ilə vəziyyətdən çıxmaq olardı”

 

“Microsoft”un qurucusu və dünyanın ən zəngin iş adamlarından biri olaraq tanınan Bill Qeyts koronavirusla bağlı açıqlama verib. AYNA-nın xarici mətbuata istinadən xəbərinə görə, Qeyts deyib ki, ABŞ və dünyanın digər ölkələri COVID-19-a yetərli və doğru müdaxilə etməyib.

 

Milyarder vurğulayıb ki, əgər yanvar və fevral aylarında doğru şəkildə test edilsəydi, bu qədər qorxunc iqtisadi çöküş yaşanmazdı: “Lazımi tədbirlər görülsəydi, pandemiya yaşanmazdı, az sayda itki ilə vəziyyətdən çıxmaq olardı. İndi koronavirusla mübarizə üçün milyardlarla dollar xərcləmək lazımdır”.

Müəllif: Ayna.az      2 May 2020 11:20
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin