Əsas səhifə Haqqımızda Xəbər lenti

Peyvənd iyunun sonunda çıxır - Nağıl kimi deyilmi?

Peyvənd iyunun sonunda çıxır -             Nağıl kimi deyilmi?

"Təsdiq edilmiş, təsirli bir peyvəndimiz olan kimi koronavirusa qarşı güclü bir durumda olacağıq"

 

İngiltərədə Oxford universiteti ilə AstraZeneca adlı farmokologiya şirkəti koronavirusa qarşı peyvənd istehsalına başlayacaqlarını bildirdilər. Xəstələr üzərində sınaqların davam etdiyi və iyun ayının sonunda hazır olacağı söyləndi.

 

Oxford bu gün AstraZeneca ilə anlaşma imzaladığını, peyvəndin klinik sınaqlarının yapıldığını və bütün izinlər çıxdıqdan sonra istehsal mərhələsinə keçiləcəyi universitetin yazılı açıqlaması ilə bəyan edildi.

 

Oxford və AstraZeneca peyvəndən mənfəət əldə etməyi düşünmədiklərini, onun aşağı və orta gəlirli ölkələrdə sürətlə paylaşılmasI üçün beynəlxalq ortaqlarla çalışacaqlarını bildirdilər.

 

Oxforddan tibb professoru Sir John Bell AstraZeneca ilə ortaqlığımız önümüzdəki illərdə epidemiya ilə mübarizədə böyük bir güc təşkil edəcək. Təsdiq edilmiş, təsirli bir peyvəndimiz olan kimi koronavirusa qarşı güclü bir durumda olacağıq.

 

Bu, aylardır vəd etdiyim müjdələrdən sadəcə biridir..

Müəllif: İbrahim Nəbioğlu      30 Aprel 2020 23:31
İbrahim Nəbioğlu bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin