Əsas səhifə Haqqımızda Xəbər lenti

XİN: Vətəndaşlarımızın ölkəyə qayıtması üçün bütün addımlar atılacaq

XİN: Vətəndaşlarımızın ölkəyə qayıtması üçün bütün addımlar atılacaq

Leyla Abdullayeva Azərbaycana qayıtmaq istəyən vətəndaşlar barədə danışıb 

 

“Koronavirus pandemiyası ilə əlaqədar bu günə kimi xaricdə olan 15 mindən artıq azərbaycanlı Vətənə gətirilib. Bundan sonra da yerdə qalan vətəndaşlarımızın ölkəyə qayıtması üçün bütün addımlar atılacaq”.

 

AYNA xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva AzTV-nin “Hədəf” verilişində çıxışı zamanı deyib.

 

O bildirib ki, “Evə gedirəm” portalı vasitəsilə qeydiyyatdan keçmə ardıcıllığına uyğun olaraq, Rusiyada qalan azərbaycanlılar ölkəyə gətirilir: “İlkin mərhələdə 548 vətəndaşımız ölkəyə gətirildi. Növbəti mərhələdə də yerdə qalan şəxslərin ölkəyə gətirilməsi üçün işlər görülür”.

Müəllif: Ayna.az      30 Aprel 2020 22:34
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin