Daha bir məşhur aktyor vəfat edib

Daha bir məşhur aktyor vəfat edib

Rişi Kapur Mumbay xəstəxanasında dünyasını dəyişib

 

Bollivudun daha bir məşhur aktyoru həyatını itirib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, 67 yaşlı Rişi Kapur Mumbay xəstəxanasında vəfat edib. Bu barədə aktyorun dostu Amitabh sosial şəbəkədə məlumat verib.

 

Qeyd edək ki, Rişi Kapur Hindistanın əfsanəvi akyoru Rac Kapurun oğullarından biridir. Aktyor hind kionsunda romantik kişi obrazları ilə yadda qalıb. Onun çəkildiyi ən məşhur filmlər “Bobbi” (1973), “Dəlisov məhəbbət” (1992) və “Om Şanti Om”dur (2007).

 

Xatırladaq ki, ötən gün Hindistanın daha bir məşhur aktyoru – İrrfan Xan xərçəngdən dünyasını dəyişmişdi.

Müəllif: Ayna.az      30 Aprel 2020 12:38
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin