Əsas səhifə Haqqımızda Xəbər lenti

Bankların “ələnməsi” davam edir, yoxsa: Sıradakı…

Bankların “ələnməsi” davam edir, yoxsa:         Sıradakı…

Əkrəm Həsənov: “Vəzifələrini yerinə yetirə bilməyən bankın vaxtında bağlanmaması ölkənin beynəlxalq imicinə zərbə vurur”

 

Azərbaycanda bankların sayının azaldılacağı barədə uzun zamandan bəri proqnozlar verilirdi. Nəticə olaraq, iki bankın - “Atabank” və “Amrahbank”ın lisenziyaları ləğv edildi. Növbədə daha iki bank - “NBC Bank” və “AGBank”var.

 

Bank sektorunda nə baş verir? Bankların “ələnməsi” prosesi davam edəcəkmi?

 

Mövzunu AYNA-ya şərh edən bank-maliyyə eksperti Əkrəm Həsənovun sözlərinə görə, hazırda ölkədə banklarla bağlı vəziyyət qənətbəxş deyil: “Öhdəliklərini yerinə yetirməyən bankların bağlanılması vacibdir. Məsələn, “Atabank”ın bağlanması labüd idi. Müflisləşən, əmlak, pul öhdəliklərini yerinə yetirmək iqtidarında olmayan bankların bağlanması davam edəcək. “NBC Bank”, çox güman ki, bağlanacaq. Hazırda bank oxşar vəziyyəti yaşayır. "AGBank" isə müflis deyil, sadəcə müvəqqəti likvidlik problemi var. Başqa sözlə, bu bank verdiyi kreditlərin bir hissəsini yığa bilmir və bankın yüksək girovu olan kreditlərinin işi məhkəmələrdədir. Bu səbəbdən, bu banka güzəşt olunmalı, Mərkəzi Bank bu banka kredit verməlidir. Əks halda, bu bankı bağlamaq dövlət üçün əlavə xərclər yarada bilər”.

Palata və ADIF bir-birinin işini ört-basdır edir” - Əkrəm Həsənov ...

“Vəzifələrini yerinə yetirə bilməyən bankın vaxtında bağlanmaması ölkənin beynəlxalq imicinə zərbə vurur. Bir il öncə bağlanmalı olan "Atabank"dan əmanətçilər və müştərilər, o cümlədən xaricilər öz pullarını götürə bilmirdilər. Bir çox ölkələrdən fərqli olaraq, Azərbaycanda dövlət bankların itkisini kompensasiya etmək niyyətində deyil. Belə olan halda bankın fəaliyyətini dayandırmaqdan başqa yol yoxdur”, - ekspert bildirib.

 

“Banklarla bağlı böhran davam edəcəkmı?” sualını cavablandıran Ə.Həsənov bunu qaçılmaz hesab edir: “Böhran davam edir. Problemli kreditlərin yaratdığı başqa bir mərhələnin astanasındayıq. Karantin müddətindən əvvəl də, böhran səbəbindən bir çox vətəndaş borcunu ödəmirdi. Düşünürəm ki, inzibati resursları olan banklar qalacaq. Deyə bilərik ki, bank sektorunun, bazarının son inhisarlanması ərəfəsindəyik. Bu müddətdə Mərkəzi Bank kreditin valyuta bazarına axışacağından və manata yükü artıracağından, valyuta ehtiyatlarının xərclənməsindən qorxur. Hələlik ümid başqa bankların, məğlub olaraq sıradan çıxan bankalardan dərs götürməsinə qalıb”.

Müəllif: Raminə Eyvazqızı      29 Aprel 2020 20:05
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin