Əsas səhifə Haqqımızda Xəbər lenti

İranda saxta içkidən ölənlərin sayı 800-ə çatır

İranda saxta içkidən ölənlərin sayı 800-ə çatır

Ən çox ölüm aktı Tehranda qeydə alınıb

 

İranda koronavirusdan qorunmaq üçün istifadə edilən saxta içkilərdən zəhərlənib ölənlərin sayı 796 nəfərə çatıb.

 

AYNA xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi “İRNA”ya Ədli Tibb İnstitutunun Elmi Tədqiqat Mərkəzi Nümayəndəliyinin üzvü Kambiz Sultaninejad məlumat verib.

 

Ən çox ölüm hadisəsinin 205 nəfərlə paytaxt Tehranda qeydə alındığını bildirən Sultaninejad saxta içkilərdən zəhərlənən 4 mindən çox insanın sağlamlıq mərkəzlərinə müraciət etdiyini bildirib.

 

Bu istiqamətdə saxta içki istehsal edən çox sayda insanın nəzarətə alınması ilə yanaşı, əməliyyatlar nəticəsində yüz minlərlə litr spirt ələ keçirilib.

 

Qeyd edək ki, İranda bu günə qədər 5957 nəfər koronavirusun qurbanı olub. Virusa yoluxanların sayı isə 93657 nəfərə çatıb.

Müəllif: Ayna.az      29 Aprel 2020 17:52
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin