Problemli kreditlərlə bağlı son statistika

Problemli kreditlərlə bağlı son statistika

İlin əvvəlinə nisbətən problemli kreditlər 8,9% artıb

 

Bu il aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 386,8 milyon manat təşkil edib.

 

AYNA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 6,9% çoxdur.

 

İlin əvvəlinə nisbətən problemli kreditlər 8,9% artıb, son 1 ildə isə 11% azalıb. 

 

Martın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 8,9% təşkil edib. Bu nisbət fevralın sonuna və ötən ilin sonuna 8,3%, ötən il martın sonuna isə 11,9% olub. 

Müəllif: Ayna.az      29 Aprel 2020 17:34
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin