Əsas səhifə Haqqımızda Xəbər lenti

Tramp ət emalı zavodlarını açdırdı

 Tramp ət emalı zavodlarını açdırdı

Bugünədək ət məmulatları sexinin 3300 işçisində Covid-19 aşkarlanıb
 

ABŞ prezidenti Donald Tramp ölkədə ət emalı müəssisələrinin təcili açılmasını əmr edib. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu qərar koronavirus pandemiyası dövründə ölkənin qida təminatını qorumaq məqsədiylə verilib.

 

ABŞ-da 1 milyondan çox yoluxmanın qeydə alındığı bir vaxtda ABŞ liderinin bu qərarı tənqidə səbəb olub.


Məsələ ondadır ki, ölkənin təkcə Midvest bölgəsində pandemiya dövründə 22 ət emalı zavaodu bağlanıb. Bunlar arasında “Smithfield Foods”, “Tyson Foods”, “Cargill” və “JBS USA” kimi quş və mal əti istehsal edən iri şirkətlər də var.


Məlumatda bildirilir ki, bugünədək ət məmulatları sexinin 3300 işçisində Covid-19 aşkarlanıb, 20 nəfər isə ölüb.


Qeyd edək ki, Trampın bu addımı BMT-nin “fövqəladə təhlükə ilə əlaqədar qlobal qida təchizatı şəbəkəsinə fasilə verilməsin” çağırışına cavab olaraq atdığı deyilir.

Müəllif: Ayna.az      29 Aprel 2020 14:49
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin