Əsas səhifə Haqqımızda Xəbər lenti

ÜST: Dünyada COVID-19-dan ölənlərin sayı 202 mini ötüb

ÜST: Dünyada COVID-19-dan ölənlərin sayı 202 mini ötüb

Koronavirus can almaqda davam edir 

 

Dünyada koronavirusa yoluxanların sayı 2 954 222 nəfərdir.

 

AYNA RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

 

Təşkilatın məlumatına görə, dünyada 202,5 mindən çox insan pandemiyanın qurbanı olub.

 

Qeyd edilir ki, son bir gün ərzində virusa 76 mindən çox yeni yoluxma və 3 932 ölüm qeydə alınıb.

 

Koronavirusa yoluxma hallarının əksəriyyəti Avropada qeydə alınıb. Köhnə qitədə 1 386 693 nəfər COVID-19 infeksiyasına yoluxub, 126 mindən çox insan ölüb.

Müəllif: Ayna.az      29 Aprel 2020 05:27
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin