Əsas səhifə Haqqımızda Xəbər lenti

Moskvada koronavirus qurbanlarının sayı 500 nəfəri keçib

Moskvada koronavirus qurbanlarının sayı 500 nəfəri keçib

Moskvada COVID-19 infeksiyasından ölənlərin sayı 546 nəfərə çatıb

 

Rusiyanın paytaxtı Moskvada daha 67 nəfər koronavirusun qurbanı olub.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin Koronavirusla bağlı Vəziyyət üzrə Operativ Qərargahından bildirilib.

 

Qeyd edilir ki, bununla da paytaxtda COVID-19 infeksiyasından ölənlərin sayı 546 nəfərə çatıb. 

 

“Moskvada pnevmaniya diaqnozunun təsdiqləndiyi və koronavirus testinin müsbət olduğu 67 pasiyent vəfat edib”, - deyə xəbərdə bildirilir.

 

Qərargahın məlumatına görə, ölkədə ümumilikdə 93 558 koronavirusa yoluxma qeydə alınıb. Virusa yoluxmuş 8 456 nəfər sağalıb.

Müəllif: Ayna.az      29 Aprel 2020 04:13
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin