Əsas səhifə Haqqımızda Xəbər lenti

Bu ölkə də karantini ləğv edir

Bu ölkə də karantini ləğv edir

Portuqaliyada virusa yoluxma faktı 24 300 nəfərdən çoxdur

 

Portuqaliyanın prezidenti Marselo Rebelo Sousa ölkəsində karantin müddətinə son veriləcəyi xəbərini verib.

 

AYNA xarici mediaya əsasən xəbər verir ki, mayın 3-də Portuqaliyada karantin müddəti başa çatacaq.

 

Prezident deyib ki, karantin müddətinin ləğvi hələ koronavirus təhlükəsinin bitməsi demək deyil: “Ölkə iqtisadiyyatında çöküşün qarşısını almaq üçün bu qərar verilib, xəstəliklə mübarizə isə davam edir”.

 

Qeyd edək ki, Portuqaliyada virusa yoluxma faktı 24 300 nəfərdən çoxdur, ölüm sayı isə 948 nəfərdir.

Müəllif: Ayna.az      28 Aprel 2020 19:36
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin