Alimlər etiraf etdilər: Koronavirusun səbəbi bizik

Alimlər etiraf etdilər: Koronavirusun səbəbi bizik

"Mövcud böhranın yaratdığı problemləri dəf etmək üçün hələ də kiçik fürsətimiz var”

 

Dünyanın aparıcı biomüxtəliflik mütəxəssisləri koronavirusun qarşısının alınmayacağı təqdirdə hadisələrin daha da kəskinləşəcəyini bildiriblər.

 

AYNA xəbər verir ki, bu barədə İngiltərənin “The Guardian” qəzeti məlumat yayıb.

 

“Son hadisələr birbaşa insan fəaliyyətinin nəticəsidir. Xüsusən də qlobal maliyyə və iqtisadi sistemlərlə bağlı. Mövcud böhranın yaratdığı problemləri dəf etmək üçün hələ də kiçik fürsətimiz var”, - deyə mütəxəssislər bildiriblər.

 

Qeyd edək ki, professorlar Yozef Bettele, Sandra Diaz və Eduardo Brondizio Biomüxtəliflik və Ekosistem Xidmətlərinin Hökumətlərarası Elmi Siyasət Platforması (IPSES) tərəfindən ötən il bir hesabat hazırlamışdılar.

 

Tədqiqat nəticəsində dünyanın təbii dəstək sistemlərinin zəifləməsinin bəşəriyyəti təhlükə altına aldığı qənaətinə gəlinmişdi.

Müəllif: Ayna.az      28 Aprel 2020 18:32
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin