Əsas səhifə Haqqımızda Xəbər lenti

Türkiyədə koronavirusa yoluxanların sayı 110 mini ötüb

Türkiyədə koronavirusa yoluxanların sayı 110 mini ötüb

Türkiyədə koronavirusa yoluxanların sayı artıb 

 

Türkiyədə son 24 saatda koronavirusa 2 357 yoluxma halı qeydə alınıb.

 

AYNA-nın məlumatına görə, bu barədə səhiyyə naziri Fahrettin Koca xəbər verib.

 

Səhiyyə naziri bildirib ki, son sutka əzrində daha 99 nəfər koronavirusdan ölüb. Ölkədə koronavirusa yoluxanların ümumi sayı 110 130 nəfər təşkil edir. Nazirin sözlərinə görə, ölkədə son 20 gündə virusa ən az yoluxma qeydə alınıb. 

 

Məlumata görə, Türkiyədə ümumilikdə 2 805 nəfər COVID-19 infeksiyasının qurbanı olub. Koronavirusa yoluxmuş 3 558 nəfər sağalıb. Bununla da COVID-19 infeksiyasından sağalanların ümumi sayı 29 140 nəfər olub.

Müəllif: Ayna.az      26 Aprel 2020 21:44
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin