Əsas səhifə Haqqımızda Xəbər lenti

Serbiyada koronavirusa yoluxanların sayı 8 mindən çoxdur

Serbiyada koronavirusa yoluxanların sayı 8 mindən çoxdur

Koronavirusa yoluxanların sayı artmaqda davam edir 

 

Pandemiyanın başlanğıcından Serbiyada koronavirusdan 156 insan ölüb.

 

AYNA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

 

Qeyd edilir ki, ölkədə COVID-19-a 8 mindən çox yoluxma aşkarlanıb.

 

"Bir gün ərzində koronavirusa yeni 263 yoluxma aşkarlanıb, xəstələrin ümumi miqdarı 8 042 nəfərdir. 3 044 nəfər xəstəxanaya yerləşdirilib”, - deyə xəbərdə bildirilir. 

 

“Bir gün ərzində daha beş vətəndaş öldü, pandemiyanın başlanğıcından ümumilikdə 156 nəfər vəfat edib”, - nazirlik qeyd edib.

 

Ölkədə koronavirusa yoluxmuş 1 182 pasiyent sağalıb, ölüm faizi 1,94% təşkil edib.

Müəllif: Ayna.az      26 Aprel 2020 18:38
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin