Əsas səhifə Haqqımızda Xəbər lenti

Vuhanda koronavirusa yoluxanların müalicəsi başa çatıb

Vuhanda koronavirusa yoluxanların müalicəsi başa çatıb

Sonuncu xəstə aprelin 24-də xəstəxanadan buraxılıb

 

Yeni növ koronavirus (COVİD1-9) pandemiyasının yayıldığı Çinin Hubey əyalətinin paytaxtı Uhan şəhərində virusa yoluxan sonuncu xəstə də xəstəxanadan evə buraxılıb.

 

AYNA-nın “Alman dalğası”na istinadən verdiyi məlumata görə, sonuncu xəstə aprelin 24-də xəstəxanadan buraxılıb.

 

Qeyd edək ki, Uhanda 46,4 min nəfər koronavirusa yoluxub. Bu, Çində virusa yoluxanların 54 faizini təşkil edir. Uhanda koronavirusa yoluxanlardan 3,8 min nəfər ölüb. Bu, Çində virusa yoluxma nəticəsində ölənlərin 84 faizini təşkil edir.

Müəllif: Ayna.az      26 Aprel 2020 17:51
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin