Əsas səhifə Haqqımızda Xəbər lenti

Koronavirusa görə Çinə qarşı ittihamlar davam edir

Koronavirusa görə Çinə qarşı ittihamlar davam edir

Çinin koronavirusu qəsdən yayması barədə ittihamlar davam edir 

 

Məlum olduğu kimi, Çin koronavirusla bağlı dünyaya vaxtında məlumat verməmək və şəffaf olmamaqda ittiham olunur. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın “Bild” qəzetinin ardınca Fransanın “Le Figaro” qəzeti də Çini hədəfə alıb.

 

Qəzetin “Böyük Çin yalanı” başlıqlı məqaləsində Pekin rəhbərliyinin virusu gizlətdiyi, pandemiyanın təsadüfən bazardan deyil, laboratoriyadan yayıldığı, Çinin isə yoluxma və ölüm hallarının sayını gizlətdiyi ifadə edilib. 

 

Qeyd edək ki, Çin hökuməti virusun Vuhandakı vəhşi heyvan bazarından yayıldığını iddia etmişdi.

Müəllif: Mərahim Nəsib      25 Aprel 2020 17:42
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin