Əsas səhifə Haqqımızda Xəbər lenti

Həbsxanada olan 250 “Taliban” üzvü azad edilib

Həbsxanada olan 250 “Taliban” üzvü azad edilib

ABŞ və "Taliban" arasındakı məhbus mübadiləsi davam edir

 

ABŞ və Taliban arasında əldə olunan razılaşmaya əsasən, daha 250 “Taliban” üzvü sərbəst buraxılıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Milli Təhlükəsizlik Şurasının sözcüsü Cavid Faysal mətbuata açıqlamasında deyib.

 

Azad edilən döyüşçü sayının 550-ə çatdığını bildirən Faysal azad edilən məhbusların yaşlarına, sağlamlıq vəziyyətlərinə və cinayətlərinə görə nəzərə alındığını deyib.  

 

Faysal məhbusların identifikasiya sistemindən keçdiyini və yenidən döyüşməyə qərar vermədiklərini bildirib. 

 

Qeyd edək ki, ABŞ və "Taliban" arasında razılaşdırılan məhbus mübadiləsinə əsasən, 10 mart 2020-ci ildə başlayan siyasi dialoqa qədər  5000-dən çox amerikalı məhbus, 1000-dən çox isə talibanlı məhbus azadlığa çıxamalı idi.

Müəllif: Mərahim Nəsib      25 Aprel 2020 13:19
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin