“Tom və Cerri”nin rejissoru vəfat edib

“Tom və Cerri”nin rejissoru vəfat edib

Rejissor Praqadakı evində dünyasını dəyişib

 

Dünyanın ən məşhur cizgi filmlərindən olan “Tom və Cerri”nin rejissoru Gene Deitch 95 yaşında dünyasını dəyişib.

 

AYNA xəbər verir ki, rejissor Çexiyanın paytaxtı Praqadakı evində vəfat edib.

 

Gene Deitch 1924-cü ildə ABŞ-ın Çikaqo şəhərində anadan olub və 1955-ci ildən etibarən animasiya sahəsində işə başlayıb. 1958-ci ildə “Sidneyin ailə ağacı” cizgi filminə görə Oskar mükafatına namizəd olan Deitch bundan sonra Nyu-Yorkda öz studiyasını qurub.

 

Rejissorun ən məşhur uğuru isə 13 seriyasını çəkdiyi “Tom və Cerri” cizgi filmi ilə olub. 

 

Mərhum rejissor Praqadakı həyatını öz xatirələrində “30 illik Kommunist Partiyası diktaturası altında yaşayan və işləyən yeganə azad amerikalı” olaraq xarakterizə edirdi.

Müəllif: Ayna.az      21 Aprel 2020 15:41
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin