Əsas səhifə Haqqımızda Xəbər lenti

Şimali Koreya lideri ilə bağlı şübhələr artır

Şimali Koreya lideri ilə bağlı şübhələr artır

Rəsmi Seul təkzib etsə də, Kim Çen Inın ölüm ayağında olmasına dair xəbərlər dolaşır

 

Şimali Koreya lideri Kim Çen Inın səhhətinin ağır olmasına dair iddialara rəsmi münasibət bildirilib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) Prezidentinin son vaxtlar efirlərdə görünməməsi onun ağır xəstə olduğu, hətta beyin ölümü keçirdiyi xəbərlərini artırıb.

 

Şayiələrə səbəb isə ölkə liderinin sonuncu dəfə ürək əməliyyatı keçirməsi və ardınca ənənəvi çıxışlarına fasilə verməsi olub. Hər il 15 apreldə babasının doğum gününü qeyd edən K.Ç.Inın yenə gözə görünməməsi onun ağır vəziyyətdə olması fərziyyələrini artırıb.

 

Bütün xəbərlərə baxmayaraq, Seul höküməti ölkə rəhbərinin vəzifəsinin başında olduğunu bildirib və onun haqqında yayılanları təkzib edib.

Müəllif: Ayna.az      21 Aprel 2020 13:14
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin