Əsas səhifə Haqqımızda Xəbər lenti

Tramp ABŞ neftinin qiymətini şərh edib

Tramp ABŞ neftinin qiymətini şərh edib

"Bu, uzun müddət ərzində ilk dəfə baş verəcək”

 

ABŞ prezidenti Donald Tramp neftin hazırkı qiymətinə münasibət bildirib.

 

AYNA-nın xarici mətbuata istinadən məlumatına görə, Ağ Ev rəhbəri qeyd edib ki, neftin hazırkı qiyməti "çox maraqlı"dır. Bu qiymət ABŞ-ın “qara qızıl” ehtiyatlarını tamamilə doldurmağa imkan verəcək.

 

O, ehtiyatlara 75 milyon barelə qədər neft əlavə etmək niyyətini bildirib.

 

"Biz neftin rekord dərəcədə aşağı qiymətlərinə əsaslanaraq, milli ehtiyatlarımızı, strateji rezervlərimizi doldururuq və ehtiyatlarımıza 75 milyon barelə qədər əlavə etməyə ümid edirik. Və bu, uzun müddət ərzində ilk dəfə baş verəcək”, - Tramp jurnalistlərə deyib.

 

Bazar ertəsi Nyu-Yorkun "Nymex" əmtəə birjasında WTI markalı ABŞ neftinin may fyuçers qiymətləri mənfiyə düşüb.

Müəllif: Ayna.az      21 Aprel 2020 08:41
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin