ABŞ-da koronavirusa yoluxanların sayı 730 mini ötüb

ABŞ-da koronavirusa yoluxanların sayı 730 mini ötüb

Ölkədə virusa yoluxma hallarının sayı 732 197 təşkil edir

 

Amerika Birləşmiş Ştatlarında COVID-19 infeksiyasına yoluxma sayında artım baş verib.

 

AYNA-nın məlumatına görə, bu barədə CNN telekanalı yerli və federal orqanların statistikası əsasında hesablamalar aparan Con Hopkins Universitetinə istinadən bildirib.

 

Qeyd edilir ki, ölkədə virusa yoluxma hallarının sayı 732 197 təşkil edir. Birləşmiş Ştatlarda 38 664 insan pandemiyanın qurbanı olub.

 

Daha əvvəl ABŞ lideri Donald Tramp bildirib ki, Birləşmiş Ştatlarda koronavirusla bağlı "dörd milyon test keçirilib". ABŞ prezidenti eyni zamanda Çinin koronavirusu məqsədyönlü şəkildə yaymasının aşkarlanacağı tədqirdə bu ölkəni hədələyib.

Müəllif: Ayna.az      19 Aprel 2020 08:27
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin